Ərdoğan: Əfqan iqtisadiyyatını canlandıra bilməsək…

0

Prezident Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışında , – “Bütün bölgəmizə təsir edəcək qaçqın böhranının qarşısını almaq üçün, Əfqanıstan iqtisadiyyatını canlandırmaq lazımdır” dedi.

– Türk Qızıl Aypara Cəmiyyəti və qeyri-hökumət təşkilatlarımız bu ölkədə artan aclıq və qıtlıq təhlükəsinə qarşı humanitar yardım fəaliyyətlərini artırdılar. İrana qarşı birtərəfli sanksiyaların dayandırılması və bütün tərəflərin hərtərəfli birgə fəaliyyət planına qayıtması və öhdəliklərini bərpa etməsi regionumuzun iqtisadi rifahına və sabitliyinə töhfə verəcək.

– Azərbaycanın regionda rifahı artırmaq üçün, bir-birinin ardınca həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar regionda normallaşma səylərini dəstəkləyəcək. Türkiyə olaraq, bu prosesdə Azərbaycanın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq, bizim Azərbaycanla tam həmrəy olmağımız böyük əhəmiyyət kəsb edir.

– Kipr məsələsində Kipr türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması həllin açarıdır. İstəyirəm ki, bütün dost və qardaş ölkələr Şimali Kipr Türk Cümhuriyyətinin həll baxışını qərəzsiz dəyərləndirsin. Təşkilatımızın müşahidəçi üzvləri olan Kipr türklərinin üzləşdiyi təcridin aradan qaldırılması üçün idman, mədəniyyət, təhsil və turizm kimi sahələrdə əlaqələrin inkişafını təşviq edirik.

– Terror təşkilatları arasında heç bir fərq qoymadan mübarizəmizi davam etdirməliyik. Bölgəmiz PKK, YPG, FETÖ, DEAŞ kimi qanlı terror təşkilatlarından təmizləndikcə sülh, sabitlik və iqtisadi inkişaf daha da sürətlənəcək. Bu baxımdan terrorun bütün növlərinə qarşı həmrəylik içində hərəkət etməyimiz çox vacibdir.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »