Monqolustan Müstəqillik Gününü qeyd edir – FOTO

0

Düz 97 il əvvəl yeni dövlətin ilk Konstitusiyası qəbul edilib.

İctimairey.az MONTSAME-yə istinadən xəbər verir ki, Monqolustan Xalq Respublikasının elan edilməsinin və ölkənin ilk Konstitusiyasının qəbul edilməsinin 97-ci ildönümünü qeyd edir.

“Ümumi bayramlar və əlamətdar tarixlər haqqında” qanuna əsasən, noyabrın 26-sı dövlət bayramı elan edilib və Müstəqillik Günü kimi qeyd olunur.

Düz 97 il əvvəl Ulan-Batorun mərkəzi meydanında ümumxalq toplantısı keçirilib, orada Monqolustan Xalq Respublikası (MXR) elan edilib və yeni dövlətin ilk Konstitusiyası qəbul edilib.

Bu, monarxiyanı devirərək, respublika idarəetmə formasına keçən Monqolustanın siyasi həyatında dönüş nöqtəsi olub.

1991-ci ildə Böyük Xalq Xural (parlament) ölkənin adının dəyişdirilməsi haqqında qərar qəbul etdi və 12 fevral 1992-ci ildə yeni konstitusiyanın qüvvəyə minməsindən sonra MXR Monqolustan adı ilə tanındı.
Müstəqillik günü münasibətilə Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, parlamentin sədri Qombojavin Zandanşatar və baş nazir Luvsannamsrain Oyun-Erdene müasir Monqolustan dövlətinin banisi, Monqolustan Xalq İnqilabının lideri Damdin Suxbaatorun abidəsi önünə gül dəstələri qoyublar.
Gülqoyma mərasimində millət vəkilləri, hökumət üzvləri və vətəndaşların nümayəndələri iştirak ediblər.
Ənənəvi olaraq, bu gün Monqolustanın Baş nazirinin himayəsi ilə Hökumət Evində 16 yaşı tamam olmuş gənc oğlan və qızlar üçün Vətəndaşın Andiçmə mərasimi keçirilib.

Bu il Monqolustanda 43 166 uşaq 16 yaşına çatıb. Ölkənin hər yerində eyni vaxtda sədaqət andının qəbulu və Monqolustan vətəndaşlığının alınması mərasimi keçirilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »