Azərbaycanda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

0
Ağdaş rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Hadisə şəhərin Cəfər Cabbarlı küçəsi, 2 ünvanında qeydə alınıb.
Belə ki, 1942-ci il təvəllüdlü Qənirə Qurban qızı Şərifova, onun qızı, 1974-cü il təvəllüdlü Məryəm Seyfəddin qızı Məmmədova və nəvələri – 2004-cü il təvəllüdlü Məmmədova Şəfa Vüqar qızı və 2006-cı il təvəllüdlü Məmmədov Sadiq Vüqar oğlu dəm qazından zəhərlənib.
Həmin şəxslər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır./Report

 84 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »