İran Xarici İşlər Nazirliyi: Tehranla Bakı arasında münasibətlər yeni mərhələyə qədəm qoyub

0

Xətibzadə: Hər iki tərəfin qətiyyətli mövqeyi sayəsində Bakı və Tehran mətbuat vasitəsilə yayılan arzuolunmaz gərginliyi geridə qoydular.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin səfərini İran-Azərbaycan münasibətlərində yeni dövrün başlanğıcı adlandırıb.

İctimairey.az xəbər verir ki, bazar ertəsi mətbuat konfransında çıxış edən Xətibzadə qeyd edib ki, Azərbaycan baş nazirinin müavininin səfəri əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsinə yönəlib.
“Hər iki tərəfin qətiyyətli münasibəti sayəsində biz mətbuat vasitəsilə yaranan arzuolunmaz və faydasız gərginliyi geridə qoyduq. İranla Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və bu səfər də bunun təsdiqi oldu. Yaxın gələcəkdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər davam etdiriləcək”, – deyə o əlavə edib.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »