1 milyard borc: Əhali Banklara borcundan xilas ola biləcəkmi?

0

Azərbaycanın bank sektorunun cəmi kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2021-ci ilin sentyabr ayı ilə müqayisədə oktyabr ayında 458,6 milyon manat, 2020-ci ilin sonu ilə müqayisədə (10 ayda) isə 1 milyard 840,3 milyon manat artaraq 15 milyard 997,3 milyon manata çatıb.

İctimairey.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə oktyabr ayında biznes kreditləri 350,1 milyon manat artaraq 9 milyard 352,4 milyon manata, istehlak kreditləri 75,7 milyon manat artaraq 4 milyard 314,7 milyon manata, ipoteka kreditləri isə 32,8 milyon manat artaraq 2 milyard 330,2 milyon manata çatıb. Oktyabrda əhalinin kredit borcu yükü 108,5 milyon manat da artıb.

2020-ci ilin sonu ilə müqayisədə, cari ilin 10 ayı ərzində cəmi biznes kreditləri 874,1 milyon manat, istehlak kreditləri 653,5 milyon manat, ipoteka kreditləri isə 312,7 milyon manat artıb.10 ayda əhalinin kredit borcu yükü 966,2 milyon manat artıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »