Yenə də yanğın: Sumqayıtda və Şabranda baş verən yanğında kimdir günahkar?

0

Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyləri nəticəsində Sumqayıt və Şabranda baş verən yanğın operativ qaydada söndürülmüşdür.

İctimairey.az –a FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, Şabran rayonunda ümumi sahəsi 36 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 7,5 ton ot bağlaması yanıb. Bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün taxta atmaları və içərisinə yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Araşdırmalar bir daha göstərir ki, yanğınların əksərən səbəbi vətəndaşların səhlənkarlığı və məsuliyyətsizliyi səbəbindən baş verir.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »