Rusiyanın 31 şirkəti Bakıda “ağıllı şəhərlər” üçün öz məhsullarının ixrac potensialını təqdim edib

0

Noyabrın 17-də “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti (RİM) və Rusiyanın Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda iki günlük işgüzar missiya işə başlayıb.
AZƏRTAC xəbər verir ki, biznes missiyada Rusiyanın 31 şirkəti, eləcə də Azərbaycanın 36 əsas şirkəti və idarəsi iştirak edir. Rusiya ixracatçıları urbanistika və şəhərsalma sahəsində öz məhsul və xidmətlərini rəqəmsal şəhər formatında təqdim edəcəklər.
“Biznes missiyası çərçivəsində Rusiya və Azərbaycan şirkətlərinin 150-dən çox ikitərəfli görüşü planlaşdırılıb. RİM qrupu Rusiya ixracatçılarının Azərbaycan Respublikasındakı layihələrini dəstəkləməyə və onların həyata keçirilməsi üçün ən rahat həllər təklif etməyə hazırdır. Söhbət, digər məsələlərlə yanaşı, ROSEKSİMBANK-ın xarici alıcılara birbaşa kreditlər, xarici alıcıların banklarına kreditlər və ya ixrac gəlirləri hesabına debitor borclarının maliyyələşdirilməsi kimi maliyyə dəstəyi tədbirlərindən gedir”, – deyə “Roseksimbank” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Talıbov biznesin-missiyanın açılış mərasimində qeyd edib.


Bundan əlavə, Rusiya və Azərbaycan qarşılıqlı ixrac tədarükü sahəsində Rusiya və Azərbaycanın kiçik və orta biznesinin dəstəklənməsi ilə bağlı razılığa gəliblər. Müvafiq Anlaşma Memorandumu “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbovun şəxsində Rusiya İxrac Mərkəzi və Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov şəxsində həmin Agentlik tərəfindən imzalanıb.
Noyabrın 17-də başlayan işgüzar missiya RİM-in Azərbaycanda Rusiya ixracatçılarının potensialını və səmərəliliyinin nümayiş etdirilməsi üçün keçirdiyi tədbirlər silsiləsinin davamıdır.
Belə ki, 2021-ci ilin iyul ayında RİM Azərbaycanda işgüzar görüş keçirib və bu görüş çərçivəsində Rusiyanın 11 ən böyük şirkəti öz məhsullarını təqdim edib.
Qeyd edək ki, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti Rusiya ixracatçılarına geniş spektrli maliyyə və qeyri-maliyyə dəstək tədbirləri təqdim edən şirkətlər qrupunu birləşdirən qeyri-xammal ixracının dəstəklənməsi üzrə dövlət institutudur. RİM Qrupuna Rusiya İxrac Kreditlərinin və İnvestisiyalarının Sığortalanması Agentliyi, “Roseksimbank” SC və “İxracat məktəbi”ni birləşdirir ki, bu da ideyadan başlayaraq ixrac edilən mal və xidmətlərin ödənişinin təmin edilməsinə qədər ixrac dövrünün müxtəlif mərhələlərində olan müxtəlif profilli ixracatçıların ehtiyaclarını ödəyən məhsul təklifinin mövcudluğunu təmin etməyə imkan verir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »