Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının məhkəməsi başlayır

0

Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları – Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İctimairey.az xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »