Şabranda dəhşət: Oğul anasını öldürmək üçün, çoxsaylı bıçaq zərbələri vurub

0

Noyabrın 13-də 1974-cü il təvəllüdlü Gülbahar Xudaverdiyevanın Şabran rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.

İctimairey.az-a Şabran Rayon Prokurorluğundan daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülbahar Xudaverdiyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Asim Xudaverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »