Azərbaycan seçməsinin 2021-ci ildəki sonuncu oyunu olub

0

DÇ-2022: Serbiya Portuqaliyanı məğlub edərək dünya çempionatına birbaşa vəsiqə qazanıb.

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start verilib.

İctimairey.az xəbər verir ki, turun ilk oyun günü 4 qrupda 10 qarşılaşma oynanılıb.

Turun ilk oyun gününün üç qarşılaşması erkən başlayıb. Bu matçların hamısı H qrupunda baş tutub.
Qrupun əhəmiyyətli görüşü Splitdə Xorvatiya və Rusiya komandaları arasında olub. Rəqibinə minimal hesabla qalib gələn meydan sahibləri final mərhələsinə vəsiqəni təmin edib. Görüşdə yeganə qolu 81-ci dəqiqədə qonaqların müdafiəçisi Fyodor Kudryaşov öz qapısına vurub. Rusiya seçməsi isə mübarizəni pley-offda davam etdirəcək.

Qrupun digər matçlarında Slovakiya səfərdə Maltanı darmadağın edib (0:6), Sloveniya isə evdə Kipri üstələyib – 2:1.

A qrupunda Portuqaliya Serbiya ilə ev oyununda hesabı erkən qolla açsa da, sonda məğlubiyyətlə üzləşib. Əzmkar hesabla qalib gələn, Serbiya millisi xalını 21-ə çatdıraraq birinci yeri tutub.

Qrupun digər görüşündə İrlandiya səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gələrək, “cırtdanlar”la eyni miqdarda – 9 xal toplayıb və vurulan-buraxılan topların fərqində daha yaxşı göstəriciyə malik olduğu üçün 3-cü pilləyə yüksəlib.

Azərbaycan millisi ilə Qətər yığması arasında keçirilən yoldaşlıq oyununda qalib müəyyənləşməyib – 2:2.
14-də Bakı Olimpiya Stadionunda təşkil olunan oyunda hesabı Qətər millisi açıb. Görüşün 23-cü dəqiqəsində Almoez Əli fərqlənib. Qarşılaşmanın 37-ci dəqiqəsində Emin Mahmudov rəqib qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib.

İkinci hissəyə daha fəal başlayan yığmamız matçın 67-ci dəqiqəsində hesabda önə çıxıb. E.Mahmudov baxımlı qolla dubla izma atıb. Görüşün 78-ci dəqiqəsində qətərli futbolçu A.Əli dubl edərək hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki sonuncu oyunu olub. Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

B qrupunda İspaniya Serbiyanı minimal hesabla yenib və xalını 19-a çatdıraraq, skandinaviyalılardan 4 xal aralanıb. Qrupun digər oyununda Yunanıstan evdə Kosovo ilə 1:1 hesablı heç-heçə edərək, 10 xalla 3-cü yeri tutub.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu
Lüksemburq – İrlandiya – 0:3;
Portuqaliya – Serbiya – 1:2.
Qrupdakı vəziyyət: Serbiya – 20, Portuqaliya – 17, Lüksemburq – 9, İrlandiya – 9, Azərbaycan – 1.
B qrupu
Yunanıstan – Kosovo – 1:1;
İspaniya – İsveç – 1:0.
Qrupdakı vəziyyət: İspaniya – 19, İsveç – 15, Yunanıstan – 10, Gürcüstan – 7, Kosovo – 5.
H qrupu
Malta – Slovakiya – 0:6;
Sloveniya – Kipr – 2:1;
Xorvatiya – Rusiya – 1:0.
Qrupdakı vəziyyət: Xorvatiya – 23, Rusiya – 22, Slovakiya – 14, Sloveniya – 14, Malta – 5, Kipr – 5.
J qrupu
Lixtenşteyn – Rumıniya – 0:2;
Şimali Makedoniya – İslandiya – 3:1;
Ermənistan – Almaniya – 1:4.

Qrupdakı vəziyyət: Almaniya – 27, Şimali Makedoniya – 18, Rumıniya – 17, Ermənistan – 12, İslandiya – 9, Lixtenşteyn – 1.

Qeyd edək ki, indiyədək Avropa zonasından Xorvatiya, İspaniya və Portuqaliya ilə yanaşı, Almaniya, Danimarka, Fransa və Belçika yığmaları da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »