Nizami rayonunda Tik-Toka görə can alındı

0

Noyabrın 9-u saat 17 radələrində Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə Nizami Rayon Prokurorluğuna məlumat verilib.
İctimairey.az–a Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla Natiq Ramazanovun tik-tok sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonunun Q.Qarayev prospektində görüşdüyü və bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncunun Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirdiyi, nəticədə onun xəstəxanaya aparılarkən yolda öldüyü müəyyən olunub.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »