Şuşa döyüşləri ilə bağlı ŞOK DETALLAR AÇILDI: İplə qayalara çıxdıq, ermənilər… – VİDEO

0

Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi Ülfət Həsənov Publika.az-ın suallarını cavablandırıb.

Vətən müharibəsində qazandığımız parlaq qələbədə imzası olan qazimiz döyüş yolundan danışıb, düşməni məhv etməsi ilə bağlı xatirələrini bölüşüb.

Şuşa əməliyyatından da bəhs edən Ülfət Həsənov şəhər döyüşlərində Azərbaycan hərbçilərinin xüsusi fədakarlıq və qəhrəmanlıq göstərdiklərini vurğulayıb. Onun sözlərinə görə, xüsusi təyinatlılarımızın Şuşada göstərdiyi misilsiz şücaət erməniləri qorxuya salmışdı və düşmən təşviş içərisində nə edəcəyini bilmirdi.

“Ratsiyadan erməniləri dinləyirdik. Onlar bir-birlərinə qışqırırdılar ki, yaşma gəlir. Amma nə edəcəklərini bilmirdilər, ancaq onu bildirirdilər ki, yaşma hamımızı öldürəcək”.

“Düşmən qorxu içərisində idi. O qədər qorxurdular ki, hətta atəş açmağa belə çəkinirdilər ki, birdən səsi eşidib onları öldürərik”.

“Şuşaya gedən yolda cığırlara mina basdırmışdılar. Arxa tərəfdən qayadan iplə çıxdıq, gözlənilməz anda hücuma keçdik. Hündür qayanı iplə çıxmağımız ağıllarına belə gəlməzdi”.

“Şuşada şəhər döyüşündə ermənilər deyirdilər ki, bunlar terminatordurlar, sanki robotdular. Vururuq, heç nə olmamış kimi üstümüzə gəlirlər”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »