Səadət Müslümova: “Qazilərimizə Şəfa, Azərbaycan Ordusuna güc-qüvvət arzu edirik”

0

8 Noyabr “ZƏFƏR GÜNÜ” Bayramı Münasibəti ilə başda Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla əziz Xalqımızı ürəkdən təbrik edirəm.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.

Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq,özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu zəfər bizim tarixi qələbəmiz oldu.Bu münasibətlədə hər birimizi ayrı- ayrılıqda təbrik edirəm, arzu edirəm ki, bu bayram sülh, əminamanlıq gətirsin.

Bu günü bizə yaşadan Şəhidlərimizə Allahdan Rəhmət, Qazilərimizə Şəfa, Azərbaycan Ordusuna güc-qüvvət arzu edirik.

Qarabağ Azərbaycandır!

Səadət Müslümova,

“Azərbaycan Mübarizləri” Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »