Vyetnamda ilk metro xətti açılıb

0

Vyetnamda tikintinin başlanmasından on il sonra, ilk metro xətti açılıb.

İctimairey.az VnExpressə istinadən xəbər verir ki, Vyetnamın ilk metro xətti tikintinin başlanmasından 10 il sonra, ölkənin paytaxtı Hanoyda şənbə günü fəaliyyətə başlayıb.

Metro qatarları yerdən yuxarı qalxan 13 kilometr uzunluğunda estakadada hərəkət edəcək. 12 stansiyada dayanacaqlarla hərəkət 23 dəqiqə çəkir. İlk 15 gündə sərnişinlər pulsuz olaraq metrodan istifadə edəcək.

Daha doqquz xəttin çəkilməsi də planlaşdırılır. Metronun paytaxtda nəqliyyat sıxlığını azaltmağa kömək edəcəyi gözlənilir.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »