Monqolustan Çingiz xanın anadan olmasının 859-cu ildönümünü qeyd edib

0

Sərkərdənin doğum günü hər il ay təqviminə görə ilk qış ayının ilk günündə qeyd olunur.

İctimairey.az CentralAsia (MNG) istinadən xəbər verir ki, Monqolustan noyabrın 5-də Çingiz xanın anadan olmasının 859-cu ildönümünü qeyd edib.
Ötən il bu tarix noyabrın 16-na təsadüf edib.

Monqolustanın Qürur Günü milli bayramdır və rəsmi olaraq qeyri-iş günü elan edilir.
Qürur Gününün qeyd edilməsi paytaxtın baş meydanında keçirilən dövlət bayrağının və Doqquzbucaqlı Ağ Bayrağın ucaldılması mərasimi ilə başlayıb.

Bundan əlavə, bu gün adətən Monqolustanın 2002-ci ildə təsis edilmiş ən yüksək dövlət mükafatı Çingiz Xan ordeni verilir.

Lakin bu dəfə ənənəvi olaraq Çingiz xan ordeninin təqdimetmə mərasimi bayram tədbirləri siyahısında qeyd olunmayıb. Mərasimin ləğvi Monqolustan Prezidentinin Qlazqoda keçirilən ÇNL 26-cı Dünya Liderlər Sammitində iştirakı ilə əlaqədardır.

Noyabrın 5-də paytaxtın baş meydanında dövlət bayrağının ucaldılması və Çingiz xanın heykəlinin ucaldılması mərasimi keçirililib.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »