Uzaq Şərqdə vulkanlar oyandı

0

Noyabrın 7-də Uzaq Şərqdə iki vulkan aktivləşib.

Kamçatkadakı Karımsk vulkanı bir gündə iki dəfə səmaya kül sütunutu atıb. Birincinin hündürlüyü dəniz səviyyəsindən dörd kilometr, ikincinin hündürlüyü 4,8 kilometr olub.

İctimairey.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən verilən məlumata görə, Milkovski rayonunun yaşayış məntəqələrinə cüzi kül yağıb.

Kuril adasındakı Paramuşurda isə, Ebeko vulkanı oyanıb. 2200 metr hündürlükdə kül atılması baş verib. Buraxılan kül şimal-şərq istiqamətində beş kilometrdən çox yayılıb.

“Severo-Kurilsk şəhərində külün düşməsi müşahidə edilməyib. Hidrogen sulfidin qoxusu hiss olunmayıb”, – xilasetmə xidmətindən bildiriblər.

Qeyd edək ki, Karımski vulkanı Kamçatka yarımadasındakı ən aktiv vulkanlardan biridir. Onun hündürlüyü 1486 metrdir. Petropavlovsk-Kamçatskidən 125 kilometr şimalda, Elizovski rayonunda yerləşir. İllərlə davam edən vulkanın son yüz ildə 20 püskürməsi qeydə alınıb. 1962-1965-ci illərdə püskürmə xüsusilə güclü olub.

Ebeko vulkanı (1156 metr hündürlükdə) Severo-Kurilskdən yeddi kilometr məsafədə yerləşir. Sönmüş vulkanlara aiddir. Nəhəng vulkan sonuncu dəfə 2012-ci ildə püskürüb, sonra 2016-cı ilin oktyabr ayına qədər davam edən sakitlik dövrü olub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »