Ermənistan polis rəisinin müavini Ara Fidanyan İstanbula işgüzar səfərə gedəcək, müvafiq qərarı ER baş naziri Nikol Paşinyan verib.
Sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Ara Fidanyan noyabrın 21-də Türkiyəyə yola düşəcək, noyabrın 26-da isə İrəvana qayıdacaq.
Səfərdə məqsəd İnterpol Baş Assambleyasının 89-cu sessiyasında iştirak etməkdir.
İctimairey.az