İstanbulda 1 milyon 179 min 751 əcnəbi var

0

İstanbul valisi Yerlikaya şəhərdə 1 milyon 179 min 751 əcnəbi olduğunu bildirib.

İctimairey.az xəbər verir ki, İstanbul valisi Əli Yerlikaya sosial mediaya müsahibəsində verdiyi açıqlamada, “İstanbul Miqrasiya İdarəsi Müdirliyinin məlumatlarına görə, 1 noyabr 2021-ci il tarixinə müvəqqəti qoruma altında 535.025 suriyalı, 644.726-sı müxtəlif millətlərdən, cəmi 1.179.751 nəfər əcnəbi, var”. Prosedurlar aparıldıqdan sonra, 19 294 əcnəbi öz ölkələrinə geri göndərilib, 26 319 əcnəbi isə geri qaytarma mərkəzlərinə göndərilib. İstanbulla bağlı statistik məlumatlar verilərkən, rəsmi rəqəmlərə istinad edilməlidir”- deyə bildirib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi Müdirliyindən verilən açıqlamada, “İstanbul vilayətində yaşayan təxminən 2,5 milyon əcnəbi sığınacaq axtaran, qaçqın və ya yaşayış icazəsi ilə yaşayır” deyib.

Bəyanatda qeyd olunub:

“İstanbul vilayətində bütün hüquqi statusda 1 milyon 182 min 157 əcnəbi, 644 min 726 yaşayış icazəsi ilə, 535 min 25 müvəqqəti qoruma statusunda olan suriyalı və 2 min 406 şərti qaçqın var. Ölkəmizdə isə, icazə, müvəqqəti qoruma və qaçqın/şərtli qaçqın statusunda cəmi 5 milyon 276 min 471 əcnəbi var.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »