İranın ali rəhbəri Müctəba Xamenei regionun gələcək perspektivləri və xarici qüvvələrin bölgədəki rolu ilə bağlı kəskin bəyanatlar verib.
Musavat.com xəbər verir ki, İranda Milli Fars Körfəzi Günü münasibətilə verdiyi açıqlamasında Xamenei Amerika qoşunlarının Fars körfəzindəki varlığının əsas qeyri-sabitlik mənbəyi olduğunu vurğulayıb.
O qeyd edib ki, İranın Hörmüz boğazına nəzarəti region xalqlarının xeyrinə olmaqla yanaşı, burada sabitliyi təmin edəcək. Xamenei xarici dövlətlərin bölgədə yeri olmadığını bildirərək, “onların yeri ancaq suların dibidir” ifadəsini işlədib.
İranın ali rəhbəri həmçinin Tehranın nüvə və raket potensialını qətiyyətlə qoruyacağını bəyan edib.
Xameneinin sözlərinə görə, İran xalqı ölkənin nüvə və raket potensialını “milli sərvət” hesab edir və onu su, quru və hava sərhədləri kimi qoruyacaqdır.
“Amerikanın planının rüsvayçı iflasından iki ay sonra, Fars körfəzi və Hörmüz boğazında yeni bir fəsil başlayır”, – deyə o əlavə edib.
Comments are closed.