İranın xarici işlər naziri koronavirusa yoluxub

0

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Covid-19-a yoluxub. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

İctimairey.az İran mediyasına istinadən xəbəbr verir ki, nazirlik rəhbərinin koronavirusla bağlı analizinin müsbət nəticə verməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiq edərək, diplomatın karantində olduğunu, evində müalicə olunduğunu açıqlayıb.

Xətibzadə əlavə edib ki, karantinlə əlaqədar iş qrafiki dəyişdirilməli olsa da, Abdollahiyan özünü yaxşı hiss edir və öz vəzifəsini təcrid şəraitində yerinə yetirməkdə davam edir.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »