Gürcüstanın baş naziri Qaribaşvili: Qafqaz buzlaqlarının 40 faizini itirib

0

Gürcüstanın baş naziri İrakli Qaribaşvili zəngin təbiətə malik Qafqaz regionunun iqlim dəyişikliyi səbəbindən buzlaqlarının 40 faizini itirdiyini bildirib.

Şotlandiyanın Qlazqo şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 26-cı İqlim Dəyişikliyi Konfransında (COP26) çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsi adından burada olmaqdan böyük məmnuniyyət duyduğunu bildirib.

İqlim dəyişikliyinin Gürcüstanın təbiətinə və ümumilikdə Qafqaz regionuna ciddi ziyan vurduğunu qeyd edən Qaribaşvili deyib:

“Gözəl dağları, buzlaqları və çayları ilə tanınan Qafqaz artıq buzlaqlarının 40 faizini itirib. Təkcə son iki onillikdə Gürcüstanın şərqində buzlaqların itki sürəti 20-ci əsrin sonunda edilən təxminləri üstələyib”.
Qlobal təbii fəlakətlərin qarşısını almaq üçün, bütün ölkələrin mümkün olan ən effektiv şəkildə mübarizə aparmalı olduğunu bildirən Qaribaşvili, BMT baş katibinin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Şuraya təqdim etdiyi son hesabatı tam şəkildə bölüşdüklərini qeyd edib.

Konfransın nəticələrinin bütün dünya üçün kritik əhəmiyyət daşıdığını qeyd edən Qaribaşvili, “Gürcüstan ümumi iqlim hədəfimizi əhəmiyyətli dərəcədə irəli aparacaq və epidemiyadan (Kovid-19) həmişəkindən daha yaxşı, güclü və təhlükəsiz nəticələrlə çıxmağımıza kömək edəcək sammitin geniş nəticələrini səbirsizliklə gözləyirik”. – deyə vurğulayıb.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »