Putin “yenidən evdə qal” təklifindən sonra bəyan etdi

0

Rusiya Prezidenti Putin, 30 oktyabr – 7 noyabr tarixlərində Kovid-19 hadisələrinin artması səbəbindən – Evdə Qalın – elan etdi .

Rusiya Prezidenti Vladimir Putin, Rusiyada yayılmağa davam edən yeni tip koronavirus (Kovid-19) ilə əlaqədar, hökumət üzvləri ilə onlayn görüş keçirdib.
Baş nazirin müavini Tatyana Qolikovanın irəli sürdüyü təklifi dəstəkləyən Putin, 30 oktyabr – 7 noyabr tarixlərini ödənişli məzuniyyət həftəsi elan etdi.
Rusiya lideri, zərurət yarandığı təqdirdə, işləməyəcək günlərin 7 noyabrdan sonra da davam etdirilə biləcəyini söyləyib. Bölgə məmurları müəyyən edilmiş tarixi gözləmədən məhdudiyyət proqramını həyata keçirə biləcəklər.

Putin Rusiya Baş nazirinin müavini Andrey Belousovun, pandemiyadan zərər edəcək kiçik və orta sahibkarlara minimum əmək haqqı məbləğində birdəfəlik qrant ödəmək təşəbbüsünü də dəstəklədi.

Koronavirusun Delta variantının yayılmağa davam etdiyi Rusiyada ölüm halları rekord səviyyədə qalmaqda davam edir. Rusiyada son sutka ərzində Covid-19-dan 1028 nəfərin öldüyü açıqlandı. Bu, epidemiyanın başlanmasından bəri ölkədə qeydə alınan ən yüksək gündəlik ölüm sayıdır.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »