Ermənistan AİB tərəfdaşlarına Türkiyədən idxalı əvəz etməyi təklif edib

0

Türkiyə idxalına qoyulan qadağadan sonra, Ermənistan hökuməti Avrasiya İqtisadi Birliyindəki tərəfdaşlarına qonşu ölkənin mallarını öz bazarında əvəz etmək təklifi ilə müraciət edib.
İctimairey.az xəbər verir ki, bu barədə bu gün, oktyabrın 11-də iqtisadiyyat nazirinin müavini Varos Simonyan regional məsələlər və Avrasiya inteqrasiyası üzrə daimi parlament komissiyasının iclasında çıxış edərkən bildirib.
Məmurun sözlərinə görə, Ermənistan AİB-ə üçüncü ölkələrdən daxil olmaqla, idxalına qadağa qoyulan 2350 türk malının siyahısını göndərib. Eyni zamanda, İrəvan inteqrasiya tərəfdaşlarını onları əvəz etməyə çağırıb.
Varos Simonyan, erməni millət vəkillərinə, AİB ölkələrindəki bəzi istehsalçıların, Zaqafqaziya respublikası səlahiyyətlilərinin təklifinə artıq cavab verdiklərini bildirib.
Ölkənin ən böyük sahibkarlarından olan hakim Vətəndaş Müqaviləsi partiyasından olan millət vəkili Xaçatur Sukiasyan, komissiya iclası zamanı qeyd edib ki, məsələn, Rusiya tekstilinin keyfiyyəti heç də Türkiyəninkindən aşağı deyil. Rusiyadan Ermənistan bazarına məhsul tədarük və satışını qurmaq mümkün və zəruridir …
Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »