Braziliya Prezidenti Bolsonaro: “Peyvənd vurdurmaram. Ən sonuncu braziliyalı vurdursun, sonra mən”

0

Braziliya Prezidenti Jair Bolsonaro, yeni növ koronavirus (Kovid-19) peyvəndi vurdurmadığı üçün, Santos-Gremio futbol matçının keçirildiyi stadiona buraxılmayıb.

Braziliyada yayımlanan Metropolesdəki videoya görə, Sao Paulodada istirahətdə olan Bolsonaro, Kovid-19 peyvəndi vurdurmadığı üçün, oyunu stadiondan izləyə bilməyib.

Santosun tərəfdarı olan Prezident Bolsonaro, stadiona buraxılmadığı üçün narahatlığını belə ifadə edib, – “Nə peyvənd kartı, nə peyvənd pasportu? Santosun oyununu izləmək istədim, aşılanmam lazım olduğunu dedilər. Niyə? Peyvənd edilənlərdən daha çox immunitetim var”.

Braziliyanın müxtəlif bölgələrində azarkeşlərdən matçı stadiondan izləmək üçün, Kovid-19 peyvəndi vurdurması və ya mənfi PCR testi göstərməsi tələb olunur.

Kovid-19-dan sağ çıxdığına görə, aşılanmaq istəməyən Bolsonaro, “Əgər son braziliyalı peyvənd olduqdan sonra kovid artarsa, o zaman peyvənd edib-etməyəcəyimə qərar verəcəyəm” – deyib.

Bolsonaro tez-tez Kovid-19-un yayılması zamanı dediyi ifadələrə görə və Kovid-19 tədbirlərini hədəf alması səbəbindən həmişə tənqid olunur.

Qeyd edilir ki, 600 mindən çox insanın epidemiya səbəbilə öldüyü Cənubi Amerika ölkəsi Braziliya, ABŞ-dan sonra dünyada Kovid-19-dan ən çox ölüm halı olan ölkədir.

ESMİRA  ŞÜKÜROVA İCTİMAİREY.AZ 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »