O, seks istəmir, cəzalandırmaq istəyir” Afrikalı lider qadınları necə zorladı

0

Geyləri öldürdü və milyonlarla dollar ilə qaçdı
Kral olmaq arzusunda olan və QİÇS -in müalicəsini icad etdiyini iddia edən dövlət başçısı haqqında.
Yaya Jamme Afrikanın ən məşhur diktatorlarından biri hesab olunur. Gündə bir neçə dollar qazanan ölkə əhalisi yoxsulluq içində yaşayarkən, o, lüks avtomobillər və təyyarələr almaq üçün, Qambiya büdcəsindən milyonlarla dollar ayırıb. Homoseksuallara qarşı repressiyalarla təhdid edib, sehrbaz hesab etdiyi hər kəsi məhv edib və qadın işçilərinə təcavüz edib.
“Xəzinə boşdur, Mərkəzi Bank bu məlumatı təsdiqlədi” . Qambiyanın yeni Prezidentinin müşaviri Əhməd Fatti, Ekvatorial Qvineyaya ölkəsinin keçmiş lideri Yaya Jammehi barəsində keçirdiyi mətbuat konfransında deyib. Qambiyanı 20 ildən çox idarə edən Jammeti, 2016 -cı ilin sonunda ilk demokratik seçkilərdə məğlub olduqdan sonra, dövlət xəzinəsindən təxminən 11,5 milyon dollar götürərək, qaçmağa qərar verib.
Sakinlərin orta illik gəlirinin 460 dollar olduğu ölkə, əslində özünü maliyyə fəlakətinin astanasında imiş. – Qambiyanın milli borcu təxminən bir milyard dollara çatıb. Bundan əlavə, bir neçə, çox bahalı maşın və lüks mallar yük təyyarəsi ilə Banjuldan çıxarılıb. Ümumiyyətlə, Jammehin bütün Rolls-Royce avtomobillər parkı var idi, hər birində onun adı baş dayaqlarına işlənmişdi.
Daimi lider arzusunda olan Jammeti hərbi orkestrlə yola salınıb, hətta musiqiçilərindən biri mərasim zamanı huşunu itirib. Təyyarəyə qalxan keçmiş dövlət başçısı Quranı öpüb və tərəfdarlarına əl yelləyib. Tərəfdaşları, onun fotosu olan və üzərində “Sülh və Sevgi Adamı” sözləri yazılmış köynəklər geyinmişdilər. Həmin gün Qambiya şəhərlərinin küçələrində əhali böyük sevinclə, bayrama keçirtdi – keçmiş prezidentin gedişini qeyd etdilər. Əzazil Yamme vətənə bir daha qayıtmayıb.
Yaya Jammeh 1994 -cü ildə 29 yaşında hərbi çevrilişlə hakimiyyətə gəlmişdi. Kasıb bir ailədə böyüyən gənc leytenant sonradan, Afrikanın ən qəddar və eksantrik diktatorlarından birinə çevrildi. Nə özü, nə də ailəsi özlərindən heç nəyi əksisk etmədilər. Dünyanın müxtəlif ölkələrində daşınmaz əmlak aldılar, özlərini lükslarla əhatə etdilər, dünyanın ən yaxşı restoranlarından xüsusi yeməklər sifariş etdilər və boyun-boğazlarında kiloqramlarla qızıl, daş-qaş gəzdirdilər, ən bahalı brend paltar geyindilər.
Liderin ambisiyaları tədricən artırdı. Rəsmi olaraq titulu belə idi: Zati-aliləri Prezident Şeyx Professor Əl-Hacı Doktor Yaya Cammeh. Ancaq bu da prezident üçün kifayət etmədi. O, “milyardları” idarə edəcək və əbədi hökmdar olmaq və Qambiyanı bir krallığa çevirmək istəyirdi. Lakin, o, heç vaxt kral olmadı, ancaq ölkədəki bütün şöbələri özünə tabe etdirməyi bacardı.
Dövlət başçısı özünü fövqəltəbii güclərə malik inamlı bir müsəlman kimi göstərirdi. O, ənənəvi tibb əsasında astma və QİÇ üçün dərmanlar hazırladığını və sonsuzluqdan necə xilas olmağı da öyrənirdi.
Ancaq çoxlarına bu yanaşma heç də elmi görünmürdü: prezidentin həkim deyil, cadu həkimi olduğunu danışırdılar. Jamme bu cür təhqirlərə dözmədi. Sehrbaz hesab etdiyi hər kəsə əsl müharibə elan etdi. Yüzlərlə insanı yaraladı, mindən çox adam həbs edildi və bəziləri isə, öldürüldü.
Jamme xüsusilə ölkəni cinsi azlıqların nümayəndələrindən təmizləmək istədiyini bildirmişdi. “Bir homoseksualı tutsaq, doğulduğuna görə peşman olacaq “- deyən Qambiya lideri gey insanları ölüm cəzası ilə hədələyirdi.
Afrika liderinin Vaşinqtonda bir neçə malikanə aldığını və qızının Manhettendə ildə 40.000 dollara özəl məktəbə getdiyini öyrənən Qərb mediası zarafatla yazırdı ki, prezident Amerika paytaxtında eynicinslilərin evlənməsinə icazə verilməsindən narahat deyil.
Jammeh müxalifətə qarşı da müharibə elan etmişdi. Müxalifəti daim təqib edir, mətbuatı sıxışdır və hətta siyasi rəqiblərini edam etdirirdi. Ölkədə şəxsiyyətinə pərəstiş yaratmışdı. Prezident gözlənilməz açıqlamalar vermişdi ki, ölkə xalqı daim onun sözünü deməlidir və əmrindən çıxan cəzalanacaq.
Jamme gedəndən sonra, onun korrupsiya işləri araşdırılmağa başlandı. Məlum oldu ki, 11,5 milyon dollar oğurlamadan əvvəl, sosial təminat və milli telekommunikasiya sistemindən təxminən 50 milyon dolları ayırıb. Pensiya fondundan dörd yarım milyon dollar prezidentin şəxsi təyyarəsini almağa gedib.
Jammehin Qambiyadakı aktivləri donduruldu. Amerika hakimiyyəti də keçmiş siyasətçinin ABŞ -dakı hesablarını dondurdu. Yeni hökumət sağlamlıq və təhsil layihələri üçün pul toplamaq məqsədi ilə, keçmiş liderin və ailəsinin apara bilmədiyi lüks maşınlar və təyyarələr parkını hərraca çıxarmağa qərar verib.
Jammeh indi Ekvatorial Qvineyada lüks bir malikanədə yaşayır. Onun Qambiyaya qayıtmasına icazə verilmir – yeni səlahiyyətlilər “onun təhlükəsizliyinə zəmanət vermədiklərini” bəyan ediblər və əlavə olaraq, ona qarşı korrupsiya və cinsi təcavüz hallarının araşdırılması davam edir.
Çox vaxt, arzuolunmaz qonaq Jammeh Ekvatorial Qvineya Prezidenti Teodoro Obianq Nquemanın yanında olur. Bu, Qvineya müxalifətini çox əsəbləşdirir və bildirirlər ki, bizim bir diktatorumuz var, ikincisini istəmirik.

Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »