ABŞ Tacikistan ordusuna Jeep J8 SUV hədiyyə etdi

0

ABŞ-ın Tacikistandakı Səfirliyi 20 Jeep J8 SUV modelinin Tacik ordusuna verildiyini açıqlayıb. Bu texnika Tacikistan sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi proqramı çərçivəsində təqdim edilib.
Bağışlanan maşınların dəyəri 1,4 milyon ABŞ dolları olaraq qiymətləndirilir. Bu texnikanın Tacikistan ordusunun ölkənin ucqar dağlıq bölgələrində əməliyyatlar aparmasına kömək edəcəyi ifadə edilir.
Avadanlıqların təhvil verilməsi mərasiminə ABŞ-ın Tacikistandakı səfiri Con Mark Pommerşaym və ölkənin müdafiə nazirinin, avadanlıq və dəstək üzrə müavini general-mayor Bobozoda Xusrov qatılıb.
“Bu təmənnasız yardım, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün, Tacikistana göstərdiyimiz dəstəyin nümunələrindən biridir. Sərhəd təhlükəsizliyi sahəsində sıx əməkdaşlığa görə, Tacikistana minnətdarıq və birgə nailiyyətlərimizlə fəxr edirik. Biz terrorizm, narkotik ticarəti və nüvə silahlarının yayılmaması ilə mübarizədə tərəfdaş olaraq qalırıq. Birlikdə işləyərkən daha güclü oluruq “- Amerika səfiri bildirib.
Amerika səfirliyi Tacikistana hərbi yardımın 1992-ci ildən həyata keçirildiyini vurğulayıb. Bu məqsədlər üçün, ümumilikdə 330 milyon ABŞ dolları artıq xərclənmişdir. Bu pulla Tacik ordusuna 358 maşın tədarük edilib, 10 minə yaxın yerli hərbçi və polislərə terrorizmə qarşı, narkotiklərlə mübarizə və xüsusi əməliyyatlar aparmaq üçün təlim keçirilib. Bir neçə infrastruktur obyekti də yaradılıb.
Jeep J8, həm hərbi, həm də mülki məqsədlər üçün istifadə edilən avtomobildi. 1,339 kiloqram yük daşımaq qabiliyyətinə malikdir. J8 -in hərbi versiyası mülki versiyadan daha güclü əyləc, ox və asma komponentləri ilə təchiz olunmuşdur və müştərinin tələblərinə uyğun olaraq, daha da təkmilləşdirilə bilər. Jeep J8 müxtəlif benzin və dizel mühərriklərindən istifadə edir, lakin ən çox istifadə olunan 2,2 və ya 3 litrlik V6 dizel mühərrikləri 260 at gücünü təmin edir. Mühərrik 8 pilləli avtomatik karobka ilə birləşdirilib. Jeep J8 Tacikistan, Peru, Panama, Qvatemala, Dominikan Respublikası və Tayvan ordusunda xidmət üçün verilib.
Bütün J8 variantları dəmir yolu, dəniz, təyyarə və ağır nəqliyyat vertolyotları ilə asanlıqla daşınmaq üçün nəzərdə tutulmuşdur.
Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »