İRAQLILARIN ZÜLMKARI: ABŞ Quru Qüvvələrinin keçmiş komandanı Odierno xərçəngdən öldü

0

İraq müharibəsinin əsas fiqurlarından biri olan ABŞ-ın keçmiş Quru Qoşunları Komandiri Raymond Odierno, 67 yaşında vəfat etdi.
ABŞ mətbuatında yer alan xəbərə görə, İraq müharibəsində amerikalı əsgərlərə komandanlıq edən Odierno xərçəngdən öldü.
2003-cü ildə İraqdakı Türk əsgərlərinin başına çuval geyindirən komandir Odierno Türkiyə ictimaiyyətində “çuval generalisti” kimi tanınırdı.
Üç dəfə İraqda xidmət edən Odierno, evlərin qapılarını qıran, iraqlıları evlərindən çıxardaraq, küçələrdə sürükləyən, sərt cəza üsullarına əl atan və saxlanılanları Əbu Qreyb Həbsxanasına köçürən 4 -cü Piyada Diviziyasına da komandanlıq edib.
Əbu Qreyb Həbsxanası, 2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra, ABŞ əsgərləri tərəfindən məhbuslara işgəncə verilməsi və təcavüz edilməsi ilə gündəmə gəlbdi.
İraqın devrilmiş lideri Səddam Hüseyn tutulduqda Odierno, – “müqavimət göstərə bilmədiyi çuxurun dibində idi. Siçovul kimi yaxalandı” – sözlərindən istifadə edib.
Güloğlan Məmmədov  İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »