Təbiət möcüzəsi: Bu gölə bir saatda 280 ildırım düşür

0

Venesuelada Catatumbo çayının axdığı Maracaibo gölü ildırımın ən çox vurduğu yer kimi tanınır. Saatda 280 şimşək düşən bu göl xüsusiyyətinə görə, dünyada rekord qazanıb.
Elm nə qədər inkişaf etsə də, dünyada hətta elmin də həll edə bilmədiyi hadisələr və yerlər var. Bu yerlərdən biri də, hər saatda yüzlərlə ildırım vurduğu Maracaibo gölüdür.
Bu bölgədəki atmosfer şəraiti elədir ki, atmosferdəki yüksək fırtına buludları gecələr güclü ildırımlar əmələ gətirir. Bu ildırım çaxmaları 10 saata qədər davam edə bilər və saatda gölə 280 ildırım vurmasına səbəb olar.
Bu cür şimşək çaxmasına imkan verən atmosfer şəraiti dünyanın başqa yerlərində baş versə də, verməsə də, Catatumbo çayı hövzəsi o qədər möhtəşəm ildırım çaxmaları əmələ gətirir ki, ən çox ildırım vurma rekordunu əlində tutur.
Son bir neçə onilliklər ərzində, tədqiqatçılar çay hövzəsindəki bataqlıq üzərində əmələ gələn metan kimi təbii qazların ildırım vurma tezliyinə təsir edib-etmədiyini araşdırıblar.
Bəzi tədqiqatçılar ildırım miqdarının qaya və daşlardakı uranın səbəb ola biləcəyini iddia edirlər. Bəziləri, qazların digər atmosfer şəraitinin təsirini artırdığını düşünür, digərləri isə, qazların yalnız ildırımın rəngini sarı və ya narıncı rəngə boyadığını iddia edirlər.
Bəziləri də, səmanın günəşin çıxışı və qürub zamanı rəngləndiyi kimi, rəngin dəyişikliyinin məsafədən və işığın hissəcikləri arasında qırılmasından qaynaqlandığına inanır.
Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »