Gürcüstanda çökən 7 mərtəbəli binanın qalıqlarında 5 nəfərin meyiti tapılıb

0

Gürcüstanın Batumi şəhərində çökən 7 mərtəbəli binanın dağıntıları altında 5 nəfərin cansız cəsədi tapılıb.
Dünən Batuminin 26 May küçəsindəki 7 mərtəbəli binanın çökməsindən sonra, hadisə yerində təxminən 22-saat davam edən axtarış-xilasetmə işləri nəticəsində 2-si uşaq olmaqla, 5 nəfərin cansız cəsədləri tapılıb.
Xəstəxanaya köçürülən 4 nəfərdən birinin vəziyyəti ağırdır.

Hadisə yerində təxminən 300 nəfərdən ibarət xilasetmə qrupu işləyir.
İctimairey.az xəbər verir ki, Gürcüstanın daxili işlər naziri Vaxanq Qomelaurinin nəzarəti altında işlər davam edir. Qomelauri hadisə yerindən verdiyi müsahibədə, mövcud məlumatlara görə, daha 3 adamın xilas edilməsi üçün, səylərin davam etdiyi məlumatını paylaşdı.

Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, uçan binanın birinci mərtəbəsindəki evin sahibi Zaur Budatov və 2 işçi qanunsuz ev təmirinə başladıqları üçün saxlanılıb.

Güloğlan Məmmədov  İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »