ABŞ Prezidenti Jo Bayden: Türkiyənin Suriyadakı hərbi əməliyyatları zərərlidir

0

Suriyada milli fövqəladə vəziyyətin bir il daha uzadılmasına qərar verən ABŞ prezidenti Co Bayden Türkiyəni hədəf alıb. Bayden Türkiyənin Suriyada terror təşkilatı XQB-yə(Xalq qoruma birliyi) qarşı əməliyyatlarının DAEŞ (İrak və Şam İslam Dövləti) ilə mübarizəyə zərər vurduğunu bəyan edib.

İctimairey.az Son Dakika-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Suriya ilə bağlı yeni qərar verərkən, Türkiyəni günahlandırıb. Sərhəddəki terror təşkilatlarına tez-tez hərbi texnika dəstəyi verərək, terrorçuları açıq şəkildə bəsləyən ABŞ, Suriya üçün Milli Fövqəladə Vəziyyəti bir il daha uzadıb.
Bayden alınan qərarla əlaqədar olaraq, Konqresə göndərdiyi məktubda, Türkiyənin Suriyada terror təşkilatı XQB-yə qarşı əməliyyatlarının DAEŞ-lə mübarizəyə zərər vurduğunu müdafiə edib. Ağ Evin verdiyi qərarla əlaqədar olaraq, guya keçmiş prezident Donald Trampın 14 oktyabr 2019-cu il tarixli 13894 saylı fərmanı, həm Suriya, həm də Suriya ilə əlaqədar vəziyyətlərin ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə yaratdığı qeyri-adi və fövqəladə təhlükəni aradan qaldırmaqdır. Bayden “Beynəlxalq Fövqəladə İqtisadi Güclər Qanunu”na uyğun olaraq, milli fövqəladə vəziyyət elan edildiyini xatırladıb.
Bayden, 14 Oktyabr 2021-dən sonra, bu vəziyyəti davam etdirmək qərarına gəldiyini bildirib. Mövzu ilə əlaqədar yazdığı məktubda, “Suriyadakı vəziyyət və Suriya ilə əlaqədar, xüsusən də Türk hökumətinin Suriyanın şimal-şərqində hərbi hücum başlatması, DAEŞ’i məğlub etmək səyləri sivil insanları risk altına atır və sülhə, təhlükəsizliyə, bölgədə sabitliyə zərər verir. “Bunlar, ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmağa davam edir.” yazıb.
Qərarın davam etməsinin lazım olduğunu vurğulayan Bayden, “Bu səbəbdən, Suriyadakı vəziyyət və Suriya ilə əlaqədar 13894 saylı Fərmanda elan edilmiş milli fövqəladə vəziyyətin davam etdirilməsinin zəruri olduğu qənaətindəyəm” – deyib.
Ağ Evdən verilən açıqlamada, fövqəladə vəziyyət prosesinin bir il daha uzadıldığı və qərarın Rəsmi Qəzetdə dərc ediləcəyi bildirilir.
Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »