Aleksander Ben Zvi: İranın dediyi :Böyük axmaqlıqdır”

0

İsrail səfiri İsrail ordusunun Qarabağda olması barədə xəbərləri rədd etdi

İsrailin Rusiyadakı səfiri Aleksander Ben Zvi İsrail hərbçilərinin Qarabağda olduğu iddia edilən xəbərləri “böyük axmaqlıq” və fantaziyalar adlandırıb.

İctimairey.az bu barədə RİA Novosti -yə istinadən xəbər verir.

Düşünürəm ki, bu, böyük bir axmaqlıqdır, çünki, əgər biz Dağlıq Qarabağ bölgəsindən danışırıqsa, orada həm rus, həm də türk hərbçiləri var. Düşünürəm ki, onlar xəyallarında yəqin bunu deyəcəklər, bəlkə də Marslılar orada da var ” – deyə səfir jurnalistlərlə müsahibəsində vurğulayıb.

Qarabağda Marslılar da var
Qarabağda Marslılar da var

Qeyd edək ki, Azərbaycanla gərgin münasibətlər fonunda İran İslam Respublikasının rəhbərliyi Azərbaycanda İsrail qoşunlarının olduğunu bəyan edib. Eyni zamanda İran Azərbaycanla həmsərhəd bölgələrdə də hərbi təlimlər keçirir.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »