Fransada bir ton kokain olan gəmi ələ keçirildi

0

Ekipaj üzvləri arasında Rusiya vətəndaşları da var Fransada bir ton kokain olan gəmi ələ keçirildi

Fransa gömrükçüləri Braziliyadan Antverpen istiqamətində hərəkət edən bir yük gəmisini ələ keçirdiblər.

İctimairey.az La Voix du Norda istinadən xəbər verir ki, oktyabrın 5 -də Fransanın şimal sahilindən keçən gəminin göyərtəsində bir tondan çox kokain tapıldığı üçün, Dyunkerq limanına yönləndirilib.

Nəşrin yazdığına görə, gəminin ekipajı Rusiya Federasiyası, Filippin, Misir və Efiopiya, Ukrayna vətəndaşları da daxil olmaqla təxminən 20 nəfərdən ibarət olub. Gəminin kapitanı Rumıniya vətəndaşıdır. Hamısı həbs edilərək Paris məhkəməsinə göndərilib.
İstintaq mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi bir orqan tərəfindən aparılır (Juridiction nationale chargée de la lutte contre la Criminalité organisée).

Bildirilir ki, Liberiya bayrağı altında üzən Trudy gəmisinin kəmərində 1127 kq narkotik maddə gizlədilib. Yükün dəyəri on milyonlarla avro qiymətləndirilir. Gəmi ən azı cümə axşamına qədər Dunkirk limanında qalacaq.
Qeyd edək ki, Rusiyanın Fransadakı Səfirliyi bir ton kokain olan gəmidə olan ruslar haqqında məlumat istəyib

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »