Ağ Ev ABŞ -da koronavirus qurbanlarının sayından dəhşətə gəlib. Dünyada 1-ci yerdədir

0

Psaki: ABŞ-da 700 min insan koronavirusdan ölüb, bu şok edici, qorxunc bir rəqəmdir

Koronavirus
Koronavirus

Ağ Evin mətbuat katibi Jen Psaki ABŞ -da koronavirus qurbanlarının sayını qorxunc və şok edici adlandırıb. Təxminən 700 min insan ölkədə bu xəstəliyin qurbanı olub.
“Bu, pandemiya səbəbiylə həyatını itirənlərin şok edici və qorxunc sayıdır. İnsanlar sevdiklərini, valideynlərini, nənə və babalarını, bir çox hallarda uşaqlarını itirir”- deyə Psaki bildirib.
Psaki ABŞ Prezidenti Co Baydenin, COVID-19 ilə davam edən mübarizədə məsuliyyətini hiss etdiyini, bu mövzunun hakimiyyətdə olduğu ilk günlərdən onun üçün prioritet olduğunu əlavə edib.
Sözçü ABŞ rəhbərliyinin fəaliyyəti sayəsində yüzlərlə insanın həyatının xilas edildiyini əlavə edib. O, hazırda Amerika Birləşmiş Ştatları vətəndaşlarının təxminən 77-78 faizinin ən azı bir doz koronavirus peyvəndi aldığını açıqlayıb.
Jonsa Xopkinsa Universitetinin məlumatına görə, pandemiyanın başlanmasından bu yana ABŞ -da 43.5 milyon yoluxma hadisəsi aşkarlanıb, 698.992 nəfər ölüb. Ölkə hər iki göstəriciyə görə, dünyada birinci yerdədir.
Daha əvvəl, Axios, Ipsos şirkətləri birlikdə edilən bir sorğunun məlumatlarına istinadən, Amerika vətəndaşlarının əksəriyyətinin ABŞ Prezidenti Jo Bayden və rəhbərliyinin ictimaiyyətə koronavirus haqqında doğru məlumatlar verdiyinə inanmadıqlarını bildirib. Araşdırmaya görə, amerikanların 53 faizi hökumətin ölkədəki epidemioloji vəziyyətlə bağlı açıqlamalarına inanmaqdan imtina etmiş, 43 faizi isə, əyalət liderinə və səlahiyyətlərinə yüksək dərəcədə inandıqlarını söyləmişlər.

Esmira ŞÜKÜROVA İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »