Qeyd olunur ki, saxlanılma Çernoqoriyada cümə günü günortadan sonra baş verib. Saxlanmanın səbəbi Rusiya tərəfindən verilən orderdir.
Rusiya hakimiyyəti Telman və Vaqif İsmayılov qardaşlarını qanunsuz silah alverində və qətldə günahlandırır. Onlar beynəlxalq axtarışa verilmişdi.
Rusiya İstintaq Komitəsi Telman İsmayılovun cinayət işində təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxardıb. Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun RQ müxbirinə verdiyi məlumata görə, Telman İsmayılova qarşı Xüsusi Vacib İşlərin Araşdırılması Baş İdarəsi onu “Cinayət” və “Qanunsuz Silah Alveri” maddələri ilə nəzarətə götürmək barədə qərar çıxarıb. – Qardaşları Rafik və Vaqif İsmayılovla birlikdə cinayət törətmək planı hazırlayıb. Svetlana Petrenko deyib ki, cinayəti törədən Mehman Kərimovdur.
İstintaqın materiallarına əsasən, İsmayılov iki sahibkarın – Vladimir Savkin və Yuri Brylevin qətlinin təşkilatçısıdır.
Qeyd edək ki, bu yaxınlarda Türkiyədə naməlum şəxslər İsmayılovun otelinin 14 metrlik qızıl hasarını oğurlayıb
Rusiyalı azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan otel hazırda maddi çətinliklər yaşayır. Çoxsaylı borclara görə elektrik və su təchizatı kəsilib və qonaqları qəbul etmir. Bu yaxınlarda Türk Halkbank tərəfindən 130 milyon dollara kretid götürülüb və gəlirin yarıdan çoxu borcun ödənilməsinə sərf olunub.
7 ulduzlu Mardan Palas oteli 2009 -cu ildə açıldıqdan sonra, Şaron Ston, Richard Qere, Peris Hilton, Monica Bellucci kimi məşhurlar bu oteldə qaldılar. 2010 -cu ildə Mardan Palas dünyanın ən lüks oteli seçilib.
Esmira ŞÜKÜROVA İctimairey.az