Xəbər gəldi: Türk-ordusunun İdlibin cənub hissəsini tərk edərək, şimala çəkildiyi bildirilir.

Xəbər gəldi: Türk ordusunun İdlibin cənub hissəsini tərk edərək, şimala çəkildiyi bildirilir.

0

Suriyanın hərbi dairələrindəki mənbələrə görə, Türkiyə ordusunun Suriyanın İdlib əyalətinin cənub hissəsindən şimala çəkildiyini bildirir. Bu çəkilmə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidəki görüşündən sonra başlayıb. TÜRK-ORDUSU
Mediyalar xəbər verir ki, Türk tankları və digər zirehli maşınlar artıq İdlibin bir hissəsini tərk ediblər. Hərbi hissələr M4 avtomobil yolunda hərəkətdədir. Eyni zamanda, türk ordusu marşrutun üzərində nəzarəti əlində saxlayır. Ərdoğanın Rusiyaya səfəri zamanı, Rusiya Aviasiya Qüvvələri İdlibdə bir günlük sakitlik təşkil ediblər.
Sentyabrın 29-da Putinlə Ərdoğan arasında danışıqlar gedişində, tərəflər əməkdaşlıq məsələlərini, həmçinin Suriya, Liviya və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Hər iki lider ölkələr arasında iqtisadi, siyasi və hərbi əməkdaşlığı yüksək qiymətləndirib.
Daha əvvəl, BMT -nin kürsüsündən danışan Suriyanın xarici işlər naziri Faysal Mikdad ABŞ və Türkiyəni qanunsuz olaraq orada olduqları üçün, qoşunlarını Suriya ərazisindən çıxarmağa çağırmışdı. Nazir həmçinin respublikanın şimal əyalətlərindən olan yaraqlılara xarici hərbi kontingentlərdən kömək istəmələri barədə xəbərdarlıq edib.

MƏMMƏDOV GÜLOĞLAN.  İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »