Millət Vəkili Jalə Əhmədova: Zəfər tariximizin Qəhrəmanları

0

Novruzov Allahverdi Bəhram oğlu 1994-cü il may ayının 17-də Salyan şəhərində anadan olub. Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb. Vətən müharibəsinin başladığı ilk gündən könüllü olaraq Azərbaycan Ordusunun sıralarında döyüşlərə qatılıb.
Babayev Alməmməd Qərib oğlu 23 noyabr 2000-ci ildə Salyan rayonunun Sarvan kəndində dünyaya gəlib. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu olub.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Novruzov Allahverdi Bəhram oğlu və Babayev Alməmməd Qərib oğlu 29 sentyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olublar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən Novruzov Allahverdi Bəhram oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə, Babayev Alməmməd Qərib oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Nur içində yat Şəhidim!
Sizin qəhrəmanlığınız sayəsində, QARABAĞ AZƏRBAYCANDIR!

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »