Əfqanıstan: Taliban Kabul və Nanqarharda İŞİD -ə qarşı əməliyyat başlatdı

Əfqanıstan: Taliban Kabul və Nanqarharda İŞİD -ə qarşı əməliyyat başlatdı

0
Taliban
Taliban

Radikal Taliban hərəkatı Kabulda və Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində və İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlılarına qarşı əməliyyat başladığını elan etdi.

İctimairey.az xəbər verir ki, bu barədə The Khaama Press məlumat yayıb. Sentyabr ayında Xanasandakı İslam Dövləti İŞİD -in bir qolu olan Nanqarharda bir neçə partlayış və silahlı hücum baş verib. Bundan başqa, yaraqlıların tərəfdarları Kabildə raket hücumlarının məsuliyyətini öz üzərinə götürüb.

Xatırkadaq ki, Taliban sözçüsü Zabiullah Mücahid Əfqanıstanda İŞİD yaraqlıları və Əl-Qaidənin olması barədə məlumatları uydurma adlandırmışdı. Bundan əlavə, Mücahid İŞİD -in Taliban üçün təhlükə yaratmadığını vurğulamışdı.

Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »