BMT-nin Ermənistandakı ofisi: Dağlıq Qarabağdan köçkünlərə kömək etməyə davam edəcəyik

0

 

BMT-nin Ermənistandakı ofisi Dağlıq Qarabağdan didərgin düşmüş insanlara humanitar və reabilitasiya yardımı göstərməyə davam edəcək.
İctimairey.az Erməni mediyasına istinadən xəbər verir ki, bu sözlər 44 günlük müharibənin ildönümü münasibətilə ofisin yaydığı bəyanatda yazılıb.
Qeyd olunub ki, BMT-nin Ermənistandakı nümayəndəliyinin komandası bütün erməni xalqı ilə birlikdə Dağlıq Qarabağ münaqişəsində həlak olanların hamısını anır və ölənlərin və yaralananların ailələrinə başsağlığı verərək bildirir ki:
“BMT Müdaxilə Planı çərçivəsində tərəfdaşlarımızla birlikdə Dağlıq Qarabağda zərərçəkmiş icmalara, köçkünlərə və Ermənistanda sığınacaq tapmış insanlara humanitar yardım və reabilitasiyada kömək göstərməyə davam edəcəyik”.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »