Millət Vəkili Elnur Allahverdiyev: Biz qalib xalqıq!

0

Millət Vəkili Elnur Allahverdiyev: Biz qalib xalqıq!Bu gün, sentyabrın 27-də Vətən müharibəsinin ildönümü ilə əlaqədar Azərbaycan Texniki universtetində geniş tədbir keçirilib.

Tədbirdə Millət Vəkili Elnur Allahverdiyev çıxış edərək bildirib ki, Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsini, onun tarixi, siyasi əhəmiyyəti, hətta deyərdim ki, gündəlik həyatımızdan tutmuş psixologiyamıza, mentalitetimizə təsirindən sərbəst şəkildə danışmaq imkanımız var. Biz qalib xalqıq. Fikrimcə, bu, Vətən müharibəsinin ən mühüm nəticəsidir. Çünki, bu mənəvi basqı bizi tək son 30 il deyil, 200 ildən çox idi ki, narahat edirdi, incidirdi. 44 günlük müharibə bizim müasir tariximizin ən yadda qalacaq səhifəsi olmaqla yanaşı, son iki əsrdə Azərbaycanın ilk dəfə olaraq itirilmiş torpaqlarının qaytarılması halıdır.
Mən hər dəfə qazilərimizlə görüşlərdə 19-20 yaşında, yaxud biraz da yuxarı yaşlı veteranlarla rastlaşıram. Məncə, bu çox qeyri-adi hiss olmaqla yanaşı xalqımızın, dövlətimizin gələcəyinə nikbin baxmaq üçün çox güclü stimuldur. Yəni bu, onun göstəricisidir ki, xalqımızın möhkəm əzmli, qırılmaz ruhlu, vətənpərvər gələcəyi var və Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir. Bu yoldan geri dönüş yoxdur!

Tədbirdə TU-in rektoru Vilayət Vəliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, “Murov qartalı” Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovay, Suqovuşanda bayrağımızı ucaltmış İlkin Fərzəliyev və müəllim heyəti, tələbələr iştirak edib.

Fuad Qəhrəmanov. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »