Erməni polisi yoxlanılmamış məlumatların yayılmamasını və dərc edilməməsini ciddi şəkildə tələb edir.

0


Erməni polisi İrəvanda “Qızıl bazarında iki azərbaycanlı saxlanılıb” barədə mətbuatda dərc olunan xəbərləri təkzib etdi.
İctimairey.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, sentyabrın 19 -da, saat 18: 07 -də polisə vətəndaşdan zəng gəlib ki, İrəvandakı qızıl bazarlarından birində üç şübhəli şəxsin – “Azərbaycan casuslarının” göründüyü bildirilib.
Bir neçə dəqiqə sonra, polis əməkdaşları göstərilən yerə gəlib və həmin şəxslər polis bölməsinə aparılıb. Nəticədə onların İrandan gələn turist olduğu məlum olub. Araşdırıldıqdan sonra, saxlanılanlar sərbəst buraxılıb.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »