Koronavirusun ağ ciyər xərçənginə bənzər xüsusiyyətləri aşkarlanıb

0

 

Türkiyənin Kastamonu vilayətində COVID-19-a yoluxan 52 yaşlı xəstədə koronavirusun ağ ciyər xərçənginə bənzər xüsusiyyətləri aşkarlanıb.
İctimairey.az AZƏRTAC –a istinadən xəbər verir ki, döş qəfəsində ağrı şikayəti ilə xəstəxanaya müraciət edən bu şəxsin təhlil nəticələrində ağ ciyərinin sağ hissəsində diametri 4 santimetr olan şiş müəyyən edilib və xəstəyə xərçəng diaqnozu qoyularaq əməliyyata alınması məsləhət görülüb. Əməliyyatdan qabaq COVID-19 testi pozitiv çıxan xəstəyə ediləcək tibbi müdaxilə təxirə salınıb. On dörd günlük karantin müddətindən sonra COVID-19 testi neqativ nəticə verən bu şəxsin müayinələri zamanı ağ ciyərindəki şişin yox olduğu görülüb.
Bununla bağlı mediaya açıqlama verən tibb işçiləri baş verən bu hadisənin dünyada bir yenilik olduğunu, xərçəngdən irəli gələn şişin yox olma ehtimalının olmadığını, beləliklə, COVID-19-da xərçəngə bənzər xüsusiyyətin aşkarlandığını bildiriblər.
Hazırda nəzarətdə saxlanılan bu şəxsin vəziyyəti qənaətbəxşdir.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »