Ekspert Əfqanıstanda ABŞ-a görə yeni bir müharibə başlayacağını proqnozlaşdırdı

0

Ekspert Jdanov: Əfqanıstan ABŞ –a ucbatından, yeni bir “terror savaşı” ilə üz-üzədir.
İctimairey. RİA xəbərlərinə istinadən bildirir ki, Beynəlxalq Polis Assosiasiyasının Rusiya bölməsinin prezidenti Yuri Jdanov RİA Novosti -yə bildirib ki, Əfqanıstanı Çinə ölkənin strateji minerallarını verməsini istəməyən ABŞ -ın təhrik edə biləcəyi yeni “terror müharibəsi” gözləyir.
“Qorxuram ki, Əfqanıstanı yeni bir terror müharibəsi gözləsin, çünki amerikalılar bu ölkənin zəngin minerallarını strateji rəqibi olan Çinə təslim etməyəcək. Məlumdur ki, ABŞ uzun müddətdir ki, İslamçı terrorçu orduları ölkələrdən ölkələrə atmağa həm imkanları, həm də hazır mexanizmləri var. Əfqanıstan ərazisində belə bir terror müharibəsinin Rusiyanın maraqlarına da təsir edəcəyi aydındır”- deyə Jdanov qeyd edib. Onun sözlərinə görə, ekspertlət hesab edir ki, Əfqanıstanda kömür və qiymətli metallar, manqan filizləri ehtiyatları, eləcə də əhəmiyyətli miqdarda litium yataqları var.
Xatırladaq ki, bir ay əvvəl Taliban döyüşçüləri * hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirərək 15 avqustda Kabula daxil oldular. Ertəsi gün müharibənin bitdiyini və əyalətin idarə formasının yaxın gələcəkdə aydınlaşacağını bildirdilər. Avqustun 31-nə keçən gecə, ABŞ ordusu Əfqanıstanda təxminən 20 illik Amerika hərbi mövcudluğuna son qoydu.
Esmira ŞÜKÜROVA. İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »