Ələkbərov neftin yüz dollardan baha olmasına razı deyil Səbəbi?

0

 

Lukoil rəhbəri Ələkbərov: Neftin bir barelinin qiyməti 100 dollardan yuxarı olması bazarı aşağı sala bilər
Lukoil-un rəhbəri Vaqif Ələkbərov neftin qiymətinin 100 dollar / barelin üzərində artmasını görmək istəmir, çünki onun fikrincə, bu, aşağı gəlirli layihələrə investisiyaları stimullaşdıra bilər və beləliklə bazarın “çökməsinə” səbəb ola bilər. .
İctimairey.az xəbər verir ki, Ələkbərov bu fikrini “Kommersant” qəzetinə müsahibəsində söyləyib. “Mən neftin qiymətinin bir barel üçün 100 dollardan yuxarı olmasını istəməzdim, çünki bu, aşağı gəlirli, təsirsiz layihələrə investisiyaları stimullaşdıra bilər və daha sonra artıq keçdiyimiz şeyə – bazarın çökməsinə səbəb ola bilər”.

Ələkbərov onu da əlavə etdi ki, neftin bir barreli 65-75 dollar olan qiymətləri istehlakçılar üçün rahatdır və OPEC(Neft ixrac edən ölkələr) + üzv ölkələri hasilat həcmini tənzimləyərək onu qorumağı hədəfləyir.

Qeyd edək ki, hazırda Brent markalı xam neftin noyabr qiyməti bir barel üçün 73 dollara yaxınlaşır.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »