Kanadanın Baş naziri Trudeau seçki kampaniyası zamanı daşqalaq edilib
Kanadanın Baş naziri Justin Trudeau sentyabrın 20-də keçiriləcək federal seçkilər səbəbiylə getdiyi Ontario əyalətinin Londonda şəhərində daşqalaq edilib. Qəzəbli etirazçıların sözlü təhqirlərinə də məruz qalan Trudeau mühafizəçilərin köməkliyi ilə bölgəni tərk edib.
Ölkənin rəsmi yayımçısı CBC -nin xəbərinə görə, Londonda seçki kampaniyası görüşündə Trudeaunun avtomobilinə də daşlar atılıb. Seçki kampaniyasında demək olar ki, hər yerdə etirazlarla qarşılaşan Justin Trudeau söyüş və təhqirlərə məruz qalıb.
Baş nazirin mühafizəçilərinin köməyi ilə bölgəni tərk edən Justin Trudeau jurnalistlərə hadisəni təsdiqləmişdi. Ontario ştatının Bolton şəhərində də sıx etirazlarla üzləşən Trudeau, bu şəhərdəki proqramını ləğv etmək məcburiyyətində qalıb.
Seçkilərdən iki həftə əvvəl mediada keçirilən rəy sorğuları, ana müxalifətdəki Mühafizəkarlar Partiyasının yüzdə 35, Liberal Partiyanın yüzdə 33,5 və Yeni Demokrat Partiyasının yüzdə 19 nisbətini göstərir.
2021 -ci il sentyabrın 20 -də Kanadada keçiriləcək federal növbədənkənar seçkilərdə 338 yeni millət vəkili təyin ediləcək. Erkən seçkilərdə 20 mindən çox seçki mərkəzində açılacaq 105 min 140 sandıqda 27,3 milyon seçici səs verəcək.
Xatırladaq ki, 2019 -cu ildə Kanadada keçirilən federal seçkilərdə 18 milyon 350 min qeydiyyatdan keçmiş seçici səs vermişdi.
Esmira ŞÜKÜROVA
İctimairey. Az