İngilis əsgərlərindən inanılmaz plan!

0

Burqa taxaraq taliblərdən qaçdılar.

Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra, bölgədəki 20 İngilis xüsusi təyinatlı əsgərinin Taliban əlinə keçməməsi üçün, burka geydikləri üzə çıxdı. Bu plan sayəsində əsgərlərin Taliban nəzarətinə keçmədən hava limanında təhlükəsiz bölgəyə girə bildikləri məlum oldu.

İngilis ordusunun xüsusi təyinatlı dəstəsi olan SAS əsgərlərinin paytaxt Kabulu ələ keçirən Taliban qüvvələrindən necə qaçdıqları ortaya çıxdı. Təxminən 20 İngilis əsgəri, Taliban yaraqlılarının barrikadalarını keçərək taksi parkında yüzlərlə kilometr yol qət edib.

İctimairey.az Daily Star-a istinadən xəbər verir ki, Taliban bayraqlarını dalğalandıran əsgərlər yaraqlıları salamlamaq üçün Kabilə gedəcəklərini bildiriblər. Əfqanıstan polisinin İngilis əsgərlərinə fərqli rəngli burka verərək qaçmalarına kömək etdiyi qeyd edilir. İngilis əsgərləri əksər texnikalarını buraxıb və qadınların geydiyi burka ilə örtülübmüş.

“BURKA İŞƏ YARAYIB”

Bildirilib ki, Kabildəki Həmid Karzai Beynəlxalq Hava Limanına çatan əsgərlər hava limanına mümkün qədər yaxınlaşıb və sonra avtomobilləri tərk ediblər. Əsgərlərin hava limanına girdikdən sonra, burqalarını çıxardıqları və bir İngilis zabiti ilə əlaqə saxlayıb, yardım istəmələri bildirilir.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »