Rusiya qiyamət silahlarını dövriyyəyə buraxır – Kreml rəhbərindən sensasion ordu bəyanatları

Qlobal hərbi gərginliyin pik həddə çatdığı və nüvə müharibəsi riskinin dünyanı təhdid etdiyi bir vaxtda, Rusiya Prezidenti Vladimir Putindən həm Qərbi sarsıdacaq sərt hədələr, həm də strateji gedişləri ehtiva edən mühüm bəyanatlar gəlib. Kreml rəhbəri ölkəsinin hərbi və nüvə doktrinasının növbəti mərhələsini rəsmən elan edib.

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin hər hansı bir silahlanma yarışına qoşulmaq niyyətində olmadığını qətiyyətlə bəyan edib. Bununla belə, dövlət başçısı Rusiyanın milli təhlükəsizliyini və hərbi qüdrətini ən yüksək səviyyədə qorumaq üçün ordunun modernləşdirilməsi və strateji qüvvələrin gücləndirilməsi istiqamətində bir sıra şok qərarlar səsləndirib.

Kreml rəhbərinin hərbi komandanlıq qarşısında etdiyi digər mühüm və sensasion bəyanatlar aşağıdakılardır:

Rusiya və Belarusdan ortaq hərbi həmlə: İki müttəfiq dövlət 2027-ci ildə genişmiqyaslı “Birliyin qalxanı” (“Şit soyuza”) hərbi təlimlərini keçirəcək.

Ukrayna müharibəsinin təcrübəsi orduda tətbiq olunacaq: Rusiya ordusu bundan sonra bütün döyüş tapşırıqlarının yerinə yetirilməsini məhz Ukraynadakı xüsusi hərbi əməliyyatda qazanılmış real döyüş təcrübəsi əsasında işləyib hazırlayacaq.

Nüvə qüvvələri gücləndirilir: Rusiya həm strateji, həm də taktiki nüvə qüvvələrinin hazırlıq səviyyəsini və döyüş qabiliyyətini durmadan artıracaq.

Yeni raket kompleksləri dövriyyəyə girir: Rusiyanın Strateji Təyinatlı Raket Qoşunları (RVSN) ən müasir və qarşısıalınmaz yeni raket kompleksləri ilə tam təchiz olunacaq.

Nüvə triadası balansda saxlanılacaq: Rusiyanın quru, dəniz və hava komponentlərindən ibarət qorxulu nüvə triadası strateji çəkindirmə üçün lazım olan “zəruri yetərlilik” səviyyəsində qalmağa davam edəcək.

Ekspertlər Putinin bu bəyanatlarını Qərbə qarşı həm güc nümayişi, həm də Ukrayna böhranından sonra Rusiyanın uzunmüddətli hərbi strategiyasının rəsmi anonsu kimi qiymətləndirirlər.

Comments are closed.

Tərcümə »