Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA

Samvel Karapetyan Ermənistanın KTMT-dən çıxmasının mümkünlüyünü istisna etməyib.

Musavat.com xəbər verir ki, “Güclü Ermənistan” partiyasının lideri olan erməni oliqarx bildirib ki, əgər baş nazir seçilərsə, KTMT-nin Ermənistana fayda vermədiyi məlum olarsa, ölkənin təşkilatdan çıxması yolunu seçə bilər.

“İlk növbədə araşdıracağıq ki, KTMT niyə belə davrandı, Rusiya niyə belə davrandı. Əgər görsək ki, bu, sizin dediyiniz kimi mənasız təşkilatdır, əlbəttə ki, çıxacağıq”, – deyə o, TASS-a müsahibəsində bildirib.

Karapetyan qeyd edib ki, problemlərin səbəbi bəlkə də Ermənistan hakimiyyətinin KTMT ilə düzgün əməkdaşlıq qura bilməməsi olub.

Comments are closed.

Tərcümə »