Qərbi Azərbaycanda toponimlərin erməniləşdirilməsi

0

Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı ictimaiyyətə və mediaya müraciətində diqqəti tarixi torpaqlarımızda mövcud olan müasir Ermənistandakı yer adlarına yönəltdi. Dövlət başçısı hər birimizin mütləq halda hazırki Ermənistadakı toponimləri qeyd edərkən həmin yaşayış məntəqələrinin tarixi adlarını istifadə etməyimizi tövsiyyə etdi. Ege Universitetinin doktorantı Qulamhüseyin Məmmədovun bizə təqdim etdiyi materialda ermənilərin tarixi türk toponimlərini hansı mərhələlərdə və necə dəyişdirmələrindən bəhs olunur:

Qərbi Azərbaycan ərazisinə XIX əsrin əvvəllərindən köçürülən ermənilər tədricən bölgənin demoqrafik göstəricilərinin dəyişilməsinə səbəb oldular. Bu fonda yerli toponimlər və yaşayış məskənlərimizin adları da erməniləşdirilməyə məruz qaldı.

Elmi ədəbiyyatlada toponimlərin erməniləşdirilməsi müxtəlif mərhələlərə bölünür: XIX əsrin əvvəllərindən 1918-ci ilə qədər, 1918-1920-ci illər, Sovet İttifaqı dövrü və 1991-ci ildən sonra. Bu proses bildiyiniz kimi, onunla nəticələnib ki, Qərbi Azərbaycan (indiki Ermənistan Respublikasının ərazisi) ərazisində faktiki olaraq türk mənşəli toponim qalmayıb. Halbuki, 1903-cü ildə vəziyyət tamamilə fərqli idi. Bunu sübut edən sənədlərdən biri – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2012-ci il tarixli Sərəncamına əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən çap olunan “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi arxiv materialları əsasında nəşr edilib. Bu xəritə 1903-cü ildə, yəni bölgəyə çoxsaylı erməni köçlərindən sonrakı dövrə aiddir və Qafqaz Hərbi Dairəsinin litoqrafiya və hərbi topoqrafiya şöbəsində tərtib olunub. Xəritə əsasında bölgənin toponimlərini araşdırdığımız zaman məlum olur ki, bu dövrdə, yəni 1903-cü ildə yer adlarının demək olar hamısı türk mənşəlidir.

Toponimlərin dəyişdirilməsi prosesi 1920-ci illərdən sonra daha da sürətlənib. İlkin mərhələdə yerli erməni hakim dairələri toponimlərin feodal hakimiyyətini, dini motivləri ehtiva etdiyini bəhanə edərək türk mənşəli yer adlarını erməni toponimləri ilə dəyişdirirdilər. 1935-ci ilədək Ermənistanda türk mənşəli toponimlər Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarları olmadan, yəni birbaşa olaraq hökumətin müəyyən strukturları tərəfindən saxtalaşdırılıb. 1935-ci il yanvarın 3-dən bu prosedur dəyişir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin verdiyi fərmanla 29 rayonda 72 türkmənşəli toponim dəyişdirilərək mənəvi soyqırıma məruz qalır.

İkinci Dünya müharibəsindən, xüsusilə Qərbi Azərbaycanda tarixən yaşamış azəbaycanlıların böyük bir hissəsinin etnik təmizləməyə məruz qalmasından sonra toponimlərin dəyişdirilməsi prosesi daha da sürətlənib. 1978-ci ildə təkcə 23 rayonda 60, 1991-ci ilin aprelində Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 90, həmin ilin 8 avqustunda 16 yaşayış məntəqəsinin adları dəyişdirilib. Bu proses müstəqillik dövründə də davam edib, 2006-cı ildə 31, Ermənistan Dövlət Daşınmaz Əmlakın Kadastrı komitəsinin verdiyi məlumata görə, 2007-ci ildə yerdə qalan 21 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə addəyişmə əməliyyatı başa çatdırılıb.

Bu məlumatlar yalnız üzdə olan saxtalaşdırma əməliyyatlarını əhatə edir. Ümumilikdə isə, yerlərdə xırda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi zamanı minlərlə türk mənşəli toponim erməniləşdirilib.

Elnur Allahverdiyev. Millət Vəkili.
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »