Çinlilər Putinin Merkel ilə görüşdəki sentimental JESTİNƏ HEYRAN qaldılar

0

Sohu: Putinin Merkelə bağışladığı güllərdən ibarət buket prezidentin şəxsiyyətini ortaya qoyub.

İctimairey.az Çin mediyası Sohu-ya istinadən xəbər verir ki, Vladimir Putinin Moskvadakı ikitərəfli danışıqlardan bir gün əvvəl Almaniya Kansleri Angela Merkelə hədiyyə etdiyi gül buketinə diqqət çəkib.
Çinli jurnalistlər hesab edirlər ki, Rusiya prezidentinin rəsmi tədbirlərdə qadınlara gül vermək ənənəsi, ehtimal ki, onun xarakterindən xəbər verir.

Bu jestin Putini “romantikaya xas olan” möhkəm və nəzakətli bir insan kimi ortaya qoyduğunu irəli sürüblər.

Rusiya lideri daha əvvəl də Merkelə gül hədiyyə edib. 2018 -ci ilin yazında almaniyalı tabloid Bild Soçidə görüş zamanı Putindən Almaniya kanslerinə verilən buketi “bir növ siqnal” hesab edən bir məqalə dərc etmişdi.

Daha sonra dövlət başçısının mətbuat katibi Dmitri Peskov izah etdi ki, Rusiyada qadınlara gül vermək tamamilə normaldır. İş yerində həmkarlarına buket hədiyyə etmək və beynəlxalq münasibətlərdə xoş zövqün əlaməti sayılır.

Qeyd edək ki, Almaniya Federativ Respublikasının kansleri bir gün əvvəl Moskvaya son səfərini etdi. Cümə günü Putinlə görüşdü və 22 avqustda Kiyevə yola düşəcək.

Esmira ŞÜKÜROVA,

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »