Cəlalabadda DƏHŞƏT YAŞANIR: Əhali AYAĞA QALXDI, ÇOX SAYDA ÖLÜ və YARALI VAR

0

Əfqanıstanda “Taliban”a qarşı etiraz aksiyasında radikal qruplaşma üzvlərinin atəş açması nəticəsində ən azı 2 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

İctimai Rəy “Khaama” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Cəlalabad vilayətində baş verib.

Şahidlərin dediyinə görə, sakinlər Kabildən 150 km şərqdə yerləşən Cəlalabad şəhərindəki meydanda etiraz aksiyası keçirərək, Əfqanıstanın milli bayrağını asmağa çalışıblar.

Etirazçılar Əfqanıstanın dövlət bayrağının saxlanmasını, “Taliban”ın ağ rəngli bayrağı ilə əvəzlənməməsini tələb ediblər.

Sakinləri bildiriblər ki, “Taliban” üzvləri aksiyanı işıqlandırmaq istəyən iki yerli jurnalisti də döyüb.

“Reuters” isə şahidlərə istinadən etiraz aksiyasında açılan atəş nəticəsində 3 nəfərin həlak olduğu barədə məlumat yayıb.

Qeyd edək ki, analoji aksiyalar Əfqanıstanın digər şəhərlərində də keçirilir.(Apa)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »